...

Avtomobildən bayıra əşya atanlar cərimələnəcək

Cəmiyyət Materials 4 Oktyabr 2024 17:15 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Nəqliyyat vasitələrindən bayıra tullantı atanlar cərimə olunacaqlar.

Trend xəbər verir ki, bu barədə İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, yollara və ya yol qurğularına tullantı və ya nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 4 000 manat məbləğində cərimə edilir.

Xəbər lenti

Xəbər lenti