...

Laçının bir sıra kəndlərində tikinti işlərinin başlanması planlaşdırılır

Cəmiyyət Materials 15 Oktyabr 2024 15:39 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Gələn il Laçın rayonunun infrastrukturunun bərpası istiqamətində səylərimizi davam etdirəcəyik.

Trend-in məlumatına görə, bunu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti İcraçı direktorun vəzifələrini icra edən Tofiq İslamov Xəzər İnşaat Həftəsində deyib.

O bildirib ki, Laçın rayonunda bərpa, tikinti və idarəetmə xidməti tərəfindən layihələndirmə işləri üzrə artıq 3 müqavilə imzalanıb, daha 7 müqavilənin üzərində işlər davam etdirilir.

“Laçının Qorçu qəsəbəsi, Pircahan və Şəlvə kəndlərində tikinti işlərinin başlanması planlaşdırılır”, - deyə o əlavə edib.

Qeyd edək ki, 15-17 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionun inşaat sahəsində önəmli tədbir olan Xəzər İnşaat Həftəsi keçirilir. Mühüm tədbirləri bir ad altında birləşdirən Xəzər İnşaat Həftəsi dünyanın bir sıra ölkələrindən tikinti sahəsinin müxtəlif şirkətlərini bir araya gətirir. Hazırda Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgilərdə 22 ölkədən 380-dən artıq şirkət yer almaqdadır.

Xəbər lenti

Xəbər lenti