...

Ağdam “Çay evi” olduğu kimi bərpa olunacaq

Cəmiyyət Materials 15 Oktyabr 2024 16:41 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ağdam “Çay evi” olduğu kimi bərpa olunaraq istifadəyə veriləcək.

Trend xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktorunun müavini Səbuhi Abdullayev Xəzər İnşaat Həftəsində deyib.

Onun sözlərinə görə, hazırda xarici və yerli şirkətlər bu istiqamətdə çalışır.

"“Çay evi”nin dizayn və layihələndirmə işləri davam edir. Ağdam sənaye parkında ümumi 72 rezident var. Onların investisiya həcmləri gündən-günə artır. Sənaye parkına 72 milyon manatdan çox investisiya qoyulub", - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti