...

Bakının bu rayonunda qaz kəsiləcək

Cəmiyyət Materials 5 Dekabr 2024 20:43 (UTC +04:00)
Bakının bu rayonunda qaz kəsiləcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Yasamal rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Trend xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Bildirilib ki, Yasamal rayonunun İ.Qutqaşınlı küçəsində və A.Abbasov küçəsi ilə Z.Xəlilov küçələrinin kəsişməsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi məqsədilə sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə İ.Qutqaşınlı, K.Kazımzadə, Ə.Ələkbərov, M.Rəhim və Z.Xəlilov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər lenti

Xəbər lenti