...

Bu şəxslər hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcəklər

Cəmiyyət Materials 10 Dekabr 2024 12:08 (UTC +04:00)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Xidməti uyğunsuzluğa görə buraxılmaya təqdim olunanlar hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcəklər.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılmaya təqdim olunanlar da hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcək.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Xəbər lenti

Xəbər lenti