...

Xaçmaz rayonunda "Əbədiyaşar Lider" adlı konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 12 Dekabr 2024 14:40 (UTC +04:00)
Xaçmaz rayonunda  "Əbədiyaşar Lider" adlı konfrans keçirilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi Xaçmaz rayonunda dərin hörmət və ehtiramla anılıb.

Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Anım günü ilə əlaqədər keçirilən "Əbədiyaşar Lider" adlı konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış böyük siyasətçi, dövlət xadimi Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən geniş danışıb. Bildirib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Ulu Öndər Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir.

Çıxışlarda qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olub. Prezident İlham Əliyevin qətiyyəti və müzəffər Ordumuzun şücayəti sayəsində Ulu Öndərin bu arzusu real həllini tapdı. İşğalçı erməni qüvvələri üzərində qazanılan tarixi Zəfər qələbəsi ilə xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu. Bu gün qələbəmizin təntənəsi olaraq üçrəngli bayrağımız Vətən torpaqlarında qürurla dalğalanır.

Xaçmazlılar Heydər Əliyevin rayona səfərlərini yada salıb, həmin görüşlərlə bağlı təsüratlarını bölüşüblər. Qeyd olunub ki, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsi daim ürəklərdə yaşayır və yaşayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti