...

ADY və FHN növbəti birgə təlim keçirdi

Cəmiyyət Materials 11 Fevral 2025 17:02 (UTC +04:00)
ADY və FHN növbəti birgə təlim keçirdi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) fövqəladə hallar zamanı insanların təxliyəsi və təhlükəsizliyinin təmin olunması məqsədilə aidiyyəti qurumlarla birgə maarifləndirici tədbir və təlimlər keçirir.

Trend xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Növbəti təlim Yevlax dəmiryol stansiyasının ərazisində ADY və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin qarşılıqlı fəaliyyət planı çərçivəsində “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusuna həsr olunub.

Təlimə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Yevlax rayon təcili tibbi yardim briqadası və rayonun mülki müdafiə qüvvələri cəlb olunub.

ADY-nin Yevlax yanğından mühafizə və fövqəladə hallar qatarlarının da iştirak etdiyi təlim yüksək peşəkarlıqla baş tutub.

ADY sərnişinlərin və yüklərin daşınmasında təhlükəsizliyə, nəqliyyatın mobilliyinin təhlükəsiz təşkil olunmasına xüsusi önəm verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti