...

Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək

Cəmiyyət Materials 14 Fevral 2025 13:31 (UTC +04:00)
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tələblərinin pozulmasına görə tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarına əlavə veriləcək.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsinə əsasən, hərbi vəzifələrin yerinə yetirilməsi ilə bağlı tədbirlərin maliyyə və maddi təminatı genişləndirilir.

Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarına əlavənin verilməsi üçün həmin orqanın (qurumun) hesabına köçürüləcək. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti