...

Qanun pozuntuları aşkarlanan məntəqələr açıqlandı

Cəmiyyət Materials 14 Fevral 2025 16:55 (UTC +04:00)
Qanun pozuntuları aşkarlanan məntəqələr açıqlandı
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

MSK tərəfindən aparılan araşdırmaların nəticəsi olaraq, 15 saylı Yasamal birinci seçki dairəsinin 9 saylı, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 8 saylı, 23 saylı Nəsimi – Səbail seçki dairəsinin 29 saylı, 80 saylı Lerik – Astara seçki dairəsinin 62 saylı, 81 saylı İmişli seçki dairəsinin 11 saylı, 86 saylı Ağcabədi seçki dairəsinin 30 saylı seçki məntəqəsində seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən qanun pozuntuları aşkarlandığından səsvermənin nəticələri ləğv edilib.

Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova qurumun 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərinin yekunlarına həsr olunan iclasında çıxışı zamanı deyib.

"Seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən qanun pozuntuları aşkarlandığından MSK-nın qərarı ilə 78 saylı Lənkəran kənd seçki dairəsi üzrə Şürük və 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsi üzrə Padar bələdiyyəsinə seçkilər etibarsız sayılıb", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti