Bakı. Trend:
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Trend Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir.
Hal-hazırda yollardakı vəziyyət:
1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə
qədər;
2. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən
Atatürk prospekti ilə kəsişməyə qədər;
4. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov
küçəsi ilə kəsişməyə qədər;
5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz
istiqamətində;
7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti
istiqamətində;
8. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank
istiqamətində sıxlıq müşahidə olunur.