...

Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bu yollarında sürət həddi yenidən dəyişib

Cəmiyyət Materials 24 Fevral 2025 09:59 (UTC +04:00)
Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bu yollarında sürət həddi yenidən dəyişib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın bəzi yollarında (Heydər Əliyev prospekti istisna olmaqla) dünən axşam bir daha endirilən 10 km/saat sürət həddi yenidən artırılıb.

Bu barədə Trend-ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, NİİM-in əməkdaşları tərəfindən hazırda mövcud hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava limanı yolunda bəzi zolaqlar üzrə ümumilikdə sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti, əsas yolda 10 km/saat, Mərdəkan şosesi və Buzovna-Zağulba yolunda isə 20 km/saat endirilib.

“Bununla yanaşı, bütün tablolarda “buzlu yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”, - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti