Bakı. Trend:
2024-cü ildə 76,0 min aztəminatlı ailənin 334,5 min ailə üzvünə ünvanlı dövlət sosial yardımının (ÜDSY) ödənişi təmin olunub, bir ailəyə düşən sosial yardımın ortaaylıq məbləği isə 475,2 manat təşkil edib.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Hesabatda bildirilib ki, 2024-cü ildə 453,3 min nəfərə və ya ölkə əhalisinin 4,4 %-nə aylıq, 63,3 min nəfərə və ya ölkə əhalisinin 0,6 %-nə birdəfəlik xarakterli olmaqla, ümumilikdə 516,6 min nəfərə və ya ölkə əhalisinin 5,1 %-nə sosial müavinət, 401,4 min nəfərə və ya ölkə əhalisinin 3,9 %-nə isə Prezident təqaüdü ödənilib.
2024-cü il ərzində ümumilikdə 151.8 min nəfərə elektron qaydada sosial müavinət və Prezident təqaüdü təyin olunub.