...

Heydər Əliyev Beynəlxalq Aeroportu bayram mövsümündə gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Cəmiyyət Materials 17 Mart 2025 15:30 (UTC +04:00)
Heydər Əliyev Beynəlxalq Aeroportu bayram mövsümündə gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Bakı. Trend:

Heydər Əliyev Beynəlxalq Aeroportu, qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə, 20-31 Mart 2025-ci il tarixlərində fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirəcək.

Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.

Bayram mövsümündə sərnişin axınının əhəmiyyətli dərəcədə artacağını nəzərə alaraq, xidmət keyfiyyətinin və operativliyin təmin edilməsi məqsədilə bir sıra əlavə tədbirlər həyata keçiriləcək. Xüsusilə, qeydiyyat, təhlükəsizlik yoxlanışı və baqaj emalı kimi əsas xidmət sahələrində iş proseslərinin optimallaşdırılması üçün əlavə işçi heyəti cəlb olunacaq.

"Sərnişinlərə səfərlərini öncədən planlaşdırmaq, hava limanına uçuşdan ən az 2 saat əvvəl gəlmək və uçuş cədvəlləri ilə bağlı yenilikləri müvafiq aviaşirkətlərin rəsmi mənbələrindən izləmək tövsiyə edilir.

Bütün sərnişinlərə xoş bayram əhval-ruhiyyəsi və təhlükəsiz uçuşlar arzulayırıq", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti