...

Mediator hazırlığı üzrə təlimi bitirənlərə verilən sertifikatın qüvvədə olma müddəti müyyənləşir

Cəmiyyət Materials 18 Mart 2025 12:39 (UTC +04:00)
Mediator hazırlığı üzrə təlimi bitirənlərə verilən sertifikatın qüvvədə olma müddəti müyyənləşir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərə verilən sertifikatın qüvvədə olma müddəti müyyənləşir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Mediasiya haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərə, həmçinin ixtisasartırma kursunu bitirmiş mediatorlara mediasiya təlimi qurumu tərəfindən müvafiq sertifikat verilir.

Təklif olunan dəyişikliyə əsasən, mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərə verilən sertifikatın qüvvədə olma müddəti 5 il olacaq.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti