...

Həsənriz kəndində artıq 360 nəfər köç üçün siyahıya düşüb (FOTO)

Cəmiyyət Materials 19 Mart 2025 14:09 (UTC +04:00)
Həsənriz kəndində artıq 360 nəfər köç üçün siyahıya düşüb (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdərə . Trend:

Ağdərə rayonunun Həsənriz kəndində artıq 360 nəfər köç üçün siyahıya düşüb. Ay sonuna qədər mərhələli şəkildə proses davam edəcək.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin İcmaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib.

Onun sözlərinə görə, Həsənrizdə 606 ev var, 50 ailə artıq köç edib və 92 ev təmir olunub.

A.Telmanqızı onu da qeyd edib ki, artıq beşinci Novruz bayramıdır ki, işğaldan azad olunan ərazilərdə keçirilir.

Xəbər lenti

Xəbər lenti