...

Ötən gün ölümlə nəticələnən qəza qeydə alınmayıb - DYP

Cəmiyyət Materials 17 Aprel 2025 09:53 (UTC +04:00)
Ötən gün ölümlə nəticələnən qəza qeydə alınmayıb - DYP
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Qeyri-sabit hava şəraitinə baxmayaraq, ötən gün respublika ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınmayıb.

Trend xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, bu, Dövlət Yol Polisi əməkdaşlarının gücləndirilmiş iş rejimində apardığı nəzarət tədbirləri ilə yanaşı, sürücülərin məsuliyyətli davranışlarının nəticəsidir.

"Yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə xüsusilə təhlükəli hesab edilən yol sahələri DYP əməkdaşları tərəfindən nəzarətdə saxlanılıb, sürücülərə yol və hava şəraiti ilə bağlı operativ məlumatlar çatdırılıb.

Səyyar qaydada aparılan maarifləndirici tədbirlər zamanı sürücülərə hava və yol şəraitinə uyğun davranmaları, sürət həddinə əməl etmələri, ara məsafəsini qorumaları tövsiyə olunub.

Baş Dövlət Yol Polisi İdarəsi təhlükəsizliyə biganə qalmayan, qaydalara əməl edən bütün sürücülərə təşəkkür edir və bir daha xatırladır: dəyişkən hava şəraiti yol qəzalarının başvermə riskini artırır. Bu səbəbdən hər bir sürücü yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlamalı, hərəkət zamanı isə maksimum diqqətli və məsuliyyətli olmalıdır", - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti