Bakı.Trend:
Ağdam rayonunun Sarıçoban kəndində yanğın baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veir ki,Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus fərdi yaşayış evinə bitişik yardımçı tikilidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 18kv.m. olan yardımçı tikilinin yanar konstruksiyaları yanıb və içərisində olan ev quşları tələf olub. Bitişik ev yanğından mühafizə olunub.