...

Paytaxtın bu ərazisində su olmayacaq

Cəmiyyət Materials 26 May 2025 18:21 (UTC +04:00)
Paytaxtın bu ərazisində su olmayacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Nizami rayonunda suyun verilməsində fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.

Bildirilir ki, Nizami rayonunu içməli su ilə təchiz edən magistral xətdə aparılacaq təmir və bərpa işləri ilə əlaqədar 27 may səhər saatlarından axşam saatlarınadək rayon ərazisinə suyun verilməsində fasilə yaranacaq.

Təmir işləri yekunlaşdırıldıqdan sonra suyun əvvəlki rejimlə verilməsi təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti