...

Qida məhsulları ilə təmasda olan ağıllı material və məmulatlara dair yeni QAYDA

Cəmiyyət Materials 11 İyun 2025 10:31 (UTC +04:00)
Qida məhsulları ilə təmasda olan ağıllı material və məmulatlara dair yeni QAYDA
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları təsdiq edilib.

Trend xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli müvafiq qərar imzalayıb.

Qərara əsasən, qablaşdırılmış qida məhsullarını və ya onları əhatə edən ətraf mühitin vəziyyətini nəzarətdə saxlayan material və məmulatlar (məs., yararlılıq müddəti ərzində qida məhsulu üçün təhlükəsiz temperatur həddinin keçilməsi zamanı rəngin dəyişməsi ilə istehlakçını məlumatlandıran zaman-temperatur indikatorları) ağıllı material və məmulatlar hesab ediləcək.

Ağıllı material və məmulatlar qida məhsulunun vəziyyəti ilə bağlı istehlakçını aldatmamalıdır.

Aktiv və ağıllı material və məmulatlar onların yeyilməyən hissələri istehlakçılar üçün tam başa düşülən və aktiv və ağıllı material və məmulat olması aydın ifadə edilən formada etiketlənməlidir.

Məlumat üçün bildirək ki, qərar mayın 20-də qəbul edilib, iyunun 4-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, avqustun 20-də qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti