...

“Yaşıl” enerji məsələləri AQEM regionunun inkişafı üçün əsas aspektə çevrilir - Çjan Lin

Cəmiyyət Materials 2 Dekabr 2025 11:31 (UTC +04:00)
“Yaşıl” enerji məsələləri AQEM regionunun inkişafı üçün əsas aspektə çevrilir - Çjan Lin
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

“Yaşıl” enerji məsələləri Asiya üzrə Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi (AQEM) regionunun inkişafı üçün əsas aspektə çevrilir.

Trend xəbər verir ki, bunu bu gün AQEM baş katibinin müavini Çjan Lin ADA Universitetində “Yaşıl enerji və dayanıqlılıq sahəsində universitetlərin rolu” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib.

“Surətlə dəyişən dünyada universitetlər cəmiyyətimizin gələcəyinin formalaşdırılmasında mühüm rol oynayır. Onlar yalnız bilik və təhsil mərkəzləri deyil, həm də elmi əsaslı siyasətin formalaşdırılması, innovasiyaların və elmi əməkdaşlığın təşviqi, eləcə də gənclərin yeni çağırışların həlli üçün tələb olunan bacarıq və dəyərlərlə təmin edilməsi baxımından mühüm institutlardır”, - deyə o vurğulayıb.

Çjan Lin həmçinin qeyd edib ki, “yaşıl” və dayanıqlı enerji məsələləri çoxdan təkcə texnoloji və ya iqtisadi aspekt olmaqdan çıxıb. Bu sahə artıq milli dayanıqlılıq, enerji təhlükəsizliyi və bütövlükdə AQEM regionunun uzunmüddətli inkişafı üçün əsas amillərdən birinə çevrilir.

“AQEM Katibliyi əmindir ki, bu konfrans əməkdaşlığın gücləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və AQEM regionunda dayanıqlı inkişafın təşviqi üzrə birgə səylərin möhkəmləndirilməsi istiqamətində konstruktiv addım olacaq”, - deyə baş katibin müavini yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti