...

Ana ölümü sayını azaltmaq üçün riskli kritik halların qarşısını almaq vacibdir – Komissiya sədri

Cəmiyyət Materials 26 Yanvar 2026 15:15 (UTC +04:00)
Ana ölümü sayını azaltmaq üçün riskli kritik halların qarşısını almaq vacibdir – Komissiya sədri
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ana ölümlərinin azaldılması təkcə ölüm hallarına fokuslanmaqla mümkün deyil. Dünya təcrübəsi göstərir ki, bu proses ölümlə nəticələnməyən kritik halların azaldılması ilə birbaşa bağlıdır.

Bunu Trend-ə müsahibəsində TƏBİB-in Doğuşayardım Komissiyasının sədri Təranə Rəcəbli bildirib.

Onun sözlərinə görə, bu anlayış ölüm təhlükəsindən xilas edilən anaları ifadə edir:

“Ana və uşaq ölümlərinin azaldılması bütün dünyada prioritet məsələdir. Son illərdə mütləq rəqəmlərdə ciddi azalma qeydə alınıb. TƏBİB tabeli tibb müəssisələrində hamiləlik, doğuş və zahılıq dövrlərində ana ölümü və erkən neonatal dövrdə körpə ölümü, eləcə də ağırlaşmış doğuş hallarının təhlili aparılır.

İngiltərədə hər 118 ölümlə nəticələnməyən kritik hala 1 ana ölümü düşürsə, Hindistanda bu göstərici 6-ya qarşı 1-dir.

Bu səbəbdən TƏBİB tabeli tibb müəssisələrində ana ölümləri ilə yanaşı, ölümlə nəticələnməyən kritik hallar da təhlil edilir. Sual belə qoyulur: Neçə ananı ölümün pəncəsindən xilas edə bilmişik və neçə ananı itirmişik? Bu yanaşma həm sistemdəki boşluqları, həm də mümkün tibbi səhvləri üzə çıxarmağa imkan verir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti