...

“Virgin Atlantic” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda məcburi eniş etdi

Cəmiyyət Materials 8 Fevral 2026 22:21 (UTC +04:00)
“Virgin Atlantic” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda məcburi eniş etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

8 fevral tarixində “Virgin Atlantic” aviaşirkətinə məxsus hava gəmisinin komandiri London–Dehli marşrutu üzrə yerinə yetirilən reys zamanı sərnişinlərdən birinin səhhətində qəfil pisləşmə qeydə alındığı üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş üçün müraciət edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Trend-ə bildirilib ki, airbus A350 tipli təyyarə yerli vaxtla saat 21:26-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Enişdən dərhal sonra sərnişinə tibbi xidmət tərəfindən operativ şəkildə ilkin tibbi yardım göstərilib. Hazırda sərnişinin vəziyyəti ilə bağlı zəruri tibbi prosedurlar davam etdirilir.

Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq aviasiya və təhlükəsizlik tələblərinə uyğun olaraq bütün aidiyyəti qurumlarla koordinasiyanı təmin edib. Aeroport tərəfindən uçuş təhlükəsizliyi və sərnişinlərin sağlamlığı prioritet olaraq qorunur və bu istiqamətdə bütün əməliyyatlar operativ şəkildə icra edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti