...

Dövlət Proqramına müraciət edən tələbələrdən 33 nəfər müraciətdən imtina edib

Cəmiyyət Materials 16 Fevral 2026 15:27 (UTC +04:00)
Dövlət Proqramına müraciət edən tələbələrdən 33 nəfər müraciətdən imtina edib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Dövlət Proqramına müraciət edən tələbələrdən təxminən 33 nəfər müraciətdən imtina edib.

Bunu Trend-in sualını cavablandırarkən Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova mediaya müsahibəsində bildirib.

Onun sözlərinə görə, imtinadan sonra boş qalan yerlər daha əvvəl proqram üzrə qalib olan ehtiyat siyahıdakı şəxslərlə əvəz edilib.

"Hər il Dövlət Proqramı ilə xarcdə təhsil üçün təxminən 500 yer ayrılır. 125 nəfərdən çox olmayaraq bakalavriat, 100 nəfərdən çox olmayaraq doktorantura üçün nəzərdə tutulub. Siyahıda hazırda 231 universitet yer alır".

Qeyd edək ki, Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026–2027-ci tədris ili üzrə sənəd qəbuluna start verilir.

Sənəd qəbulu aprelin 15-də başlayacaq.

Xəbər lenti

Xəbər lenti