...

"QALA" BASKETBOLÇULARI "CHALLENGE CUP" TURNİRİNDƏ RƏQİBLƏRİNİ GÖZLƏYİR

Cəmiyyət Materials 2 İyul 2005 12:12 (UTC +04:00)

"Qala" basketbol klubu iyulun 3-də Münhendə püşkatma nəticəsində "Challenge Cup" turnirində oynayacaqları rəqiblərini tanıyacaq. Trend agentliyi xəbər verir ki, qarşıdakı yarış iştirakçılarının dəqiq sayı hələlik məlum deyil.

Əgər onların sayı 32 komandanı keçsə onda rəqiblərin görüşü öz meydanlarında yaxud səfərdə keçirəcəkləri keçid mərhələsinə əsasən formalaşdırılacaq.

Diqqətə layiqdir ki, hazırkı mərhələdə Azərbaycan çempionatı başa çatmayıb və Federasiya rəhbərliyi "Qala" və "Qərb Universiteti" komandalarının ölkənin qalibləri elan edilməsi barədə qərar qəbul edib.Amma "tələbələr" maddi çətinliklər səbəbindən "Challenge Cup" da iştirakdan imtina edib.Buna görə də Azərbaycanı Avropa kubokunda artıq üçüncü dəfədir ki "Qala" təmsil edir.

Xəbər lenti

Xəbər lenti