...

YARIMFİNALDA AZƏRBAYCAN XOKKEYÇİLƏRİ RUSİYA İLƏ OYNAYACAQ

Cəmiyyət Materials 9 Sentyabr 2005 13:35 (UTC +04:00)

Ot üzərində xokkey üzrə Avropa Çempionatının sonuncu qrup matçında italiyalılarla heç-heçə oynayan Azərbaycan xokkeyçiləri "B" qrupunda ikinci yeri tutublar.

Beləliklə, Trend in məlumatına görə, sentyabrın 10-da keçiriləcək yarımfinalda bizi öz yarımqrupunda 1-ci yeri tutan güclü Rusiya komandası ilə oyun gözləyir. Digər yarımfinalda İtaliya və Belçika komandaları oynayacaqlar.

Xatırladaq ki, Avropa Çempionatının Ali liqasının putyovkasını əldə etmək üçün finala çatmaq kifayətdir. Belə ki, liqanın iki güclü yığma komandası gələn il Ali Liqada oynamaq hüququ əldə ediblər.

Xəbər lenti

Xəbər lenti