Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Avropa ölkələri ombudsmanlar institutunun sentyabrın 24-də Vilnüsdə keçiriləcək fövqəladə iclasında iştirak edəcək.
İclasda Avropa ombudsmanlar İnstitutu prezidentinin hesabatı dinləniləcək, növbəti 5 il üçün fəaliyyət planı, eləcə də təşkilatın Nizamnaməsinə lazımi dəyişikliklər edilməsi məsələsi müzakirə ediləcək.E. Süleymanova iclasda çıxış etməyi və Azərbaycanda insan haqlarının müdafiəsi sahəsində vəziyyət, bu sahədə lazımi tədbirlərin təkmilləşdirilməsi məsələləri üzrə iştirakçıları məlumatlandırmağı planlaşdırır.