...

BU GÜN OĞLANLAR VƏ QIZLAR ARASINDA ŞAHMAT ÜZRƏ AVROPA ÇEMPİONATININ SONUNCU TURU KEÇİRİLİR

Cəmiyyət Materials 23 Sentyabr 2005 12:55 (UTC +04:00)

Çernoqoriyada oğlanlar və qızlar arasında şahmat üzrə Avropa Çempionatının sonuncudan əvvəlki turunda O10 kateqoriyasında Ülvi Bacarani rusiyalı İ.Yudini məğlub edərək 7.0 xal toplayıb və bolqarıstanlı K.Berbatovla 1-2-ci yerləri bölüşdürür.

Trend in xəbər verdiyi kimi, O14 kateqoriyasında E.Səfərli mükafat qazanmaq şansını itirib. O, 8-ci turda partiyanı heç-heçə ilə başa vuraraq 5.5 xalla 8-ci yerdədir. Yarışın liderlərinlən onu 1 xal ayırır.

Q10 kateqoriyasında S.İbrahimova uğurla çıxış edib. O, yarış liderindən cəmi 0.5 xal geri qalaraq 2-3-cü yerləri bölüşdürür.

Xəbər lenti

Xəbər lenti