...

Vaqif Sadıqov: Qurban Qurbanovla vida matçı unudulmaz bir şouya çevriləcək

Cəmiyyət Materials 2 Noyabr 2005 10:56 (UTC +04:00)

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Vaqif Sadıqov noyabrın 16-da T.Bəhramov adına Respublika stadionunda keçirilməsi nəzərdə tutulmuş vida matçında "Qurban Qurbanovun komandası"na rəhbərlik edə bilər.

Məşqçinin Trend ə bildirdiyi kimi, qarşıdakı görüşlə bağlı bütün məsələlər yaxın zamanlarda həll olunacaq. "Hələlik konkret bir şey demək olmaz. Lakin onu qeyd edə bilərəm ki, görüş azarkeşlər üçün bir şouya çevriləcək", - deyə V.Sadıqov bildirib. Onun fikrincə, görüşlə bağlı məsələlər gələn həftə ətraflı müzakirə olunacaq.

Xatırladaq ki, bu matçda ən yaxşı yerli futbolçulardan təşkil olunmuş komanda Azərbaycan çempionatının legionerlərindən ibarət komanda ilə oynayacaq.

Xəbər lenti

Xəbər lenti