Azərbaycanlı gimnast Anna Qurbanova beynəlxalq xarakterli yarışlarda uğurlu çıxışlarını davam etdirir. Azərbaycanın Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend ə verilən məlumata görə, o, Omskda keçirilən SSRİ-nin əməkdar məşqçisi Qalina Qorenkovanın xatirəsinə XX Memorialda iki qızıl medal qazanıb.
Azərbaycanlı gimnast topla tapşırığın yerinə yetirilməsi üzrə 2-ci, gürzlə oyun üzrə isə yarış cədvəlinin protokolunda üçüncü yerdə qərar tutub. Çoxnövlülük üzrə yarışda A.Qurbanova 4-cü mövqedədir. Qeyd edək ki, yekun protokolunda o, dəfələrdə Avropa çempionu, Rusiyanın təcrübəli gimnastı Lyasan Utyaşevanı qabaqlayıb.