...

"Nicat" futbol klubu Trabzon turnirində ikiknci yeri tutub

Cəmiyyət Materials 8 Dekabr 2005 13:14 (UTC +04:00)

Azərbaycanın "Nicat" futbol klubu Trabzonda başa çatmış beynəlxalq gənclər turnirində ikinci yeri tutub.

AFFA-dan Trend ə verilən məlumata görə, komanda birinci qrup yarışmasında "Maçkaspor" a 3:2 hesabı ilə qalib gəlib və bu ndan sonra "Rizəspor"u və Maçka bələdiyyəsinin komandasını udub. Bu zaman hər iki oyun ölkə futbolçularının 3:1 inamlı qələbəsi ilə başa çatıb və bunun sayəsində komanda finala çıxıb. Lakin həlledici döyüşdə "Nicat" "Trabzonspor"a 0:4 hesabı ilə uduzaraq turnirin gümüş medalına layiq görülüb.

Bundan başqa, uduzmuş komandadakı Elnur Rəsulovun, İmran Mirzəxanovun, Nazir Məhərrəmovun və Kərim İmanovun simasında dörd oyunçu müxtəlif nominasiyalar ührə ən yaxşı oyunçu hesab ediliblər.

Xəbər lenti

Xəbər lenti