...

"Pünik" "Neftçi" ilə görüşdən imtina edib

Cəmiyyət Materials 19 Yanvar 2006 13:38 (UTC +04:00)

Ermənistanın "Pünik" komandası Moskvada keçirilən Birlik kubokunun yarımfinalında "Neftçi" ilə oyundan imtina edib.

Trend in xəbər verdiyi kimi, Ermənistan çempionlarının bakılılarla qarşılaşacağı məlum olan kimi, onlar bu qərarı veriblər.

Rusiya Futbol Birliyinin prezidenti Vitali Mutko "Pünik" komandasının məğlub etdiyi "Şaxtyor"a yarımfinalda oynamaq təklifini irəli sürsə də, komandanın rəhbərliyi nəzakətlə rədd cavabı verib.

"Əlbəttə, biz Birlik kubokunun finalında oynamaq istərdik. Lakin biz finala idman prinsipləri üzrə çıxmaq istəyirdik. Finalda ən güclü yığma oynamalıdır", - deyə "Şaxtyor"un direktoru Viktor Prokopenko qeyd edib.

Xəbər lenti

Xəbər lenti