...

Surət Hüseynovun cangüdəni 5 il müddətinə azadlıqdan məhrum edilib

Cəmiyyət Materials 19 Yanvar 2006 14:27 (UTC +04:00)

Yanvarın 19-da Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə eks-baş nazir Surət Hüseynovun keçmiş cangüdəni Füzuli Hüseynovun məhkəməsi yekunlaşıb və o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Trend ə məhkəmə iclasında sədrlik edən hakim Məmmədbağır Zeynalov məlumat verib.

Hakimin sözlərinə görə, qanunsuz silah gəzdirməkdə təqsirli bilinən Füzuli Hüseynovun əməlləri məhkəmə zamanı araşdırılıb və sübuta yetirilib. O, 1992-ci ildə Surət Hüseynovun yaratdığı qanunsuz silahlı qrupa daxil olaraq iki odlu silah əldə edib. 1994-cü ilin oktyabr ayında qrup dağıdılıb və qrupun bəzi üzvləri kimi Füzuli Hüseynov da özündə olan odlu silahları müvafiq orqanlara təhvil verməyərək Rusiya Federasiyasına qaçıb. Uzun müddət orada gizli şəkildə yaşaıb.

Hakim onu da bildirib ki, müttəhim məhkəmə zamanı qrup dağılarkən özündə olan silahları müvafiq orqanlara təhvil verdiyini deyib. Lakin məhkəmə müttəhimin bu ifadəsini səmimi qəbul etməyib və özünümüdafiə kimi qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti