...

Azərbaycan taekvandoçuları İsveçdə on iki medal qazanıb

Cəmiyyət Materials 1 Fevral 2006 18:02 (UTC +04:00)

Azərbaycanın taekvando komandası Trelleborq şəhərində başa çatmış eyni adlı Açıq çempionatda üç qızıl, üç gümüş və altı bürünc medal qazanıb.

Milli Federasiyada Trend ə bildirilib ki, yuxarı yaşlılar arasında Elşən Nağıyev (54 kq) və Ziya Qasımov (58 kq) yalnız həlledici döyüşdə məğlub olaraq finala çatıb. Ramin Əzizov (72 kq) və Ceyhun Samşirov (78 kq) öz çəki dərəcələrində ilk üçlükdə olub. Qızıl medala layiq görülmüş Yelena Abbasova (63 kq) və üçüncü yeri tutan Veronika Əbdülqədirovanı (67 kq) isə xüsusilə qeyd etmək lazımdır.

Yeniyetmələr və qızlar arasında qələbəni Faiq Tanrıverdiyev (48 kq) və Reyhan Bağırova (42 kq) bayram edib, Əlişan İbrahimov (51 kq) ikinci olub, Tamerlan Mustafayev (63 kq), Emin Musayev (73 kq) və Naibə Həbibova (49 kq) bürünc medal qazanıb.

Xəbər lenti

Xəbər lenti