...

Səhiyyə Nazirliyi Kliniki Tibb Mərkəzində təmir aparır

Cəmiyyət Materials 23 Fevral 2006 15:00 (UTC +04:00)

Azərbaycanın Səhiyyə Nazirliyinin müraciəti əsasında ölkə prezidentinin sərəncamı ilə Kliniki Tibbi Mərkəzin təmirinə vəsit ayrılıb. Trend in məlumatına görə, bu barədə Nazirliyin fevralın 23-də yaydığı press-relizdə bildirilir.

Uzun illər ərzində xəstəxana pis vəziyyətdə fəaliyyət göstərib. Bunun nəticəsində antisanitariya, kanalizasiya xəttlərinin və istilik sisteminin, palatalar, əməliyyat otaqları da müasir tibbi tələblərə cavab vermirdi. Buna səbəb olaraq burada xəstələr müalicədən imtina edirdilər. Stasionarların çarpayıları cəmi 10-15 % gücündə işləyirdilər.

Təmir iki mərhələdən ibarət olacaq. İlk növbədə 4 iri korpusun təmirinə başlanılıcaq və ilin sonunadək başa çatacaq.

Xəstəxana Cənubi Qafqaz regionunda analoqu olmayan ən müasir tibbi avadanlıqlarla təchiz olunaraq, yüksək səviyyədə fəaliyyət göstərəcək.

Xatırladaq ki, Kliniki Tibbi Mərkəz Səhiyyə Nazirliyinin əmrinə əsasən əhaliyə tam pulsuz tibbi yardım göstərir.

Xəbər lenti

Xəbər lenti