...

Apellyasiya Məhkəməsi Müsavat Partiyasının şikayətinə martın 22-də baxacaq

Cəmiyyət Materials 9 Mart 2006 13:10 (UTC +04:00)

Apellyasiya Məhkəməsi Müsavat Partiyasının millət vəkili Aynur Camalqızının partiya sıralarına bərpası məsələsi ilə bağlı apellyasiya şikayətinə martın 22-də saat 10.00-da baxacaq. Bu barədə Trend ə adıçəkilən partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) sədri İbrahim İbrahimli bildirib.

Qeyd edək ki, bir ay bundan öncə MNTK millət vəkili Aynur Camalqızının partiya sıralarına bərpası ilə bağlı Binəqədi rayon məhkəməsinin qərarından Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib.

İ.İbrahimli qeyd edib ki, Apellyasiya Məhkəməsinin martın 22-nə təyin etdiyi məhkəmə prosesinə hazırlıq gedir: "Vəkil müəyyənləşdirilir, lazımi sənədlər hazırlanır". İ.İbrahimli onu da vurğulayıb ki, zərurət yaranarsa onun özü də məhkəmə prosesində iştirak edəcək.

Millət vəkili A.Camalqızı isə hələlik məhkəmədən çağırış vərəqəsi almadığını bildirib: "Çağırış vərəqəsi alaramsa, prosesdə vəkilim iştirak edəcək".

Xəbər lenti

Xəbər lenti