...

Misir Mərdanov: "Bu gün Azərbaycanın ümümtəhsil məktəblərində 7 min müəllim çatmır"

Cəmiyyət Materials 14 Mart 2006 20:01 (UTC +04:00)

2005-ci ildə 328 yeni məktəb binası tikilərək istifadəyə verilib. Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov parlamentin martın 14-də keçirilən iclasında bildirib.

Nazir qeyd edib ki, bu məktəblərin 132-si Heydər Əliyev Fondunun hesabına tikilib: "Məktəblərin dövlət tərəfindən tikilməsi məsələsi isə Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir". M.Mərdanov ötən ildə orta məktəblərin kompüterləşdirilməsi proqramının Bakı və Sumqayıtda həyata keçirdiklərini bildirib: "Bu ünvanlarda yerləşən 218 məktəbə 6 minə yaxın müasir kompüter və digər avadanlıqlar verilib". Nazir daha bir həlli çətin olan proqram barədə danışaraq bildirib ki, bu, məktəblərin avadanlıqlarla təmin edilməsi proqramıdır. 2005-ci ildə bu proqramı 4 inventar üzrə həyata keçirdiklərini deyən nazir ayrı-ayrı məktəblərə 17.500 partanın verildiyini vurğulayıb. 2006-cı ildə isə bu rəqəm 3 dəfə artacaq.

M.Mərdanov orta məktəblərdə müəllim çatışmazlığı probleminin hələ də aradan qaldırılmadığını söyləyib: "Azərbaycanın ümumtəhsil məktəblərində bu gün 7 minə qədər müəllim çatmır. Bu məsələ ilə bağlı dövlət tərəfindən hazırlanan proqramı həyata keçirəcəyik. 2005-ci ildə orta məktəblərə 3 minə yaxın müllim göndərilib ki, bunun da 1000-i məlum proqram çərçivəsində həyata keçirilib".

Xəbər lenti

Xəbər lenti