...

Nyu-Yorkda Azərbaycan musiqisinə həsr olunmuş konsert keçirilib

Cəmiyyət Materials 28 Mart 2006 14:33 (UTC +04:00)
Nyu-Yorkda Azərbaycan musiqisinə həsr olunmuş konsert keçirilib

"Xronos" kvartetinin Azərbaycan musiqisinə həsr olunmuş 3-cü konserti martın 26-da Nyu-Yorkun "Zankel" zalında keçirilib. Trend in məlumatına görə, bu barədə "Nyu-York Tayms" qəzetinin sonuncu nömrəsində məlumat verilib.

Konsertin birinci yarısında məşhur Azərbaycan bəstəkarı, hazırda Berlində yaşayan, yaradıcılığında Qərb xromatizmini, Azərbaycan xalq müsiqisini və müəllifin fərdi janr xüsusiyyətlərini birləşdirən Firəngiz Əlizadənin əsərləri ifa olunub.

Eyni zamanda, "Muğam sayağı" (1993-cü il), "Piano üçün musiqi" (1989-97-ci illər), "Abşeron yarımadasının kvinteti" (2001-ci il) kimi əsərlər də ifa olunub.

Proqramın ikinci hissəsinə hazırda Los-Ancelesdə yaşayan Azərbaycan mənşəli iranlı Rəhman Əsədullanın iki işi daxil edilib. Onun "Bayatı Şiraz Muğamı" (2004-cü il) iki skripkaçı -Devid Harrinqtonun və Con Şerbanın ifası ilə müşaiyət olunub. Onun "Yanar Odlaryurdaninin qarmonu" (2004-cü il) əsəri də səsləndirilib.

Xəbər lenti

Xəbər lenti