Azərbaycana 2 günlük rəsmi səfərə gəlmiş Beynəlxalq Qırmızı Xaç (BQXK) Komitəsinin sədri Yakob Kellenberger Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevilə görüşüb. Trend bildirir ki, bu barədə aprelin 3-də nazirliyin yaydığı məlumatda deyilir.
Görüş zamanı BQXK-nin bütün dünyada çox önəmini vurğulayan nazir bu qurumla vərəmə qarşı mübarizədə işlərin daha əhəmiyyətli olduğunu söyləyib. O.Şirəliyevin sözlərinə görə, Azərbaycanda cəzaçəkmə müəssisələrini tərk edən vərəm xəstələri də daim nəzəratdə saxlanılır.
Iərəm xəstəliyi ilə mübarizəyə bütün ictimaiyyətin cəlb olunmasını xüsusi olaraq vurğulayan Yakob Kellenberger Səhiyyə Nazirliyinin bu sahədə çox uğurla işlədiyini qeyd edib.