...

Ombudsman Şəki-Zaqatala regionunda seminar-müşavirə keçirir

Cəmiyyət Materials 17 Aprel 2006 20:17 (UTC +04:00)

13 maya təyin olunmuş təkrar parlament seçkiləri ərəfəsində Azərbaycan ombudsmanı Elmira Süleymanova Şəki-Zaqatala regionunda seminar-müşavirə keçirib. Bu haqda Trend agentliyinə Ombudsman Aparatının mətbuat xidmətindən xəbər verilib.

Aprelin 14-də Zaqatala şəhərində təşkil olunmuş seminarda yerli dairə komissiyalarının və seçki məntəqələrinin sədrləri, Mərkəzi Seçki Komitəsi, yerli icra və bələdiyyə hakimiyyəti, prokurorluq, polis və ictimaiyyət nümayəndələri iştirak edib. Seminarın məqsədi seçki hüququ, səs vermə qaydaları, səsvermənin təşkili, müşahidəçilərin hüquq və vəzifələri ilə bağlı maarifləndirmədir.

Aprelin 14-15-də Şəki rayon polis şöbəsində hüquq müdafiəçiləri ilə Daxili İşlər Nazirliyinin əməkdaşları rayon polis şöbələri və müvəqqəti təcridxanaların rəisləri üçün zonal seminar-müşavirə keçirib. Tədbirdə Mingəçevir, Qax, Zaqatala, Oğuz, Balakən, İsmayilı, Qəbələ və Göyçaydan nümayəndələr iştirak edib.

Xəbər lenti

Xəbər lenti