...

Dinara Gimatova gimnastika üzrə ölkə çempionatının lideri olub

Cəmiyyət Materials 18 Aprel 2006 10:49 (UTC +04:00)

Dinara Gimatova "ABU-Arena"da keçirilən bədii gimnastika üzrə Azərbaycan çempionatında liderliyi əldə edib.

Milli Federasiyadan Trend ə verilən məlumata görə, yarışın birinci gününün nəticələrinə görə, ip və topla çıxışda D.Gimatovanın rəqibi olmayıb. Turnir protokolunda 2-3-cü yerləri isə qələbəyə iddiaçı olan Aliyə Qarayeva və Anna Qurbanova bölüşdürür.

Gənclər arasında ip və çənbərlə ifada Zülfiyyə Əliyeva və Ceyla Quliyevanı geridə qoyan Zeynəb Cavadlı özünün yaxşı göstərib.

Xatırladaq ki, birinci iki gündə ölkənin absolyut çempionları məlum olacaq, ən axırda isə ayrı-ayrı finalların qalibləri müəyyən ediləcək.

Xəbər lenti

Xəbər lenti