...

Ombudsman BMT-nin Uşaq Hüquqları Komitəsinin sədrini qəbul edib

Cəmiyyət Materials 19 Aprel 2006 19:46 (UTC +04:00)

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Elmira Süleymanova BMT-nin Uşaq Hüquqları Komitəsinin sədri professor Y.Doeki qəbul edib. Trend xəbər verir ki, ombudsman Azərbaycanda insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının müdafiəsi və təmin edilməsi sahəsində görülən işlərlə bağlı qonağı məlumatlandırıb.

Ombudsman bildirib ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan əhalisinin hər səkkiz nəfərdən biri qaçqına çevrilib. E.Süleymanova qaçqın qəsəbələrindəki məktəblər və uşaq bağçalarının dövlətin diqqət mərkəzində saxlandığını bildirib. Qeyd edib ki, ombudsmanın uşaq hüquqları və gender məsələləri üzrə ixtisaslaşmış məsləhətçiləri fəaliyyət göstərir.

E.Süleymanova 2005-2009-cu illərdə UNİSEF-in ölkə üzrə yeni proqramına və müvəkkillə bu beynəlxalq təşkilat arasında razılaşdırılmış illik iş planına əsasən, ombudsman aparatında Uşaq Hüquqları üzrə Resurs Mərkəzinin yaradıldığını söyləyib.

Xəbər lenti

Xəbər lenti