...

Azərbaycanın Vəkillər Kollegiyasına sənəd qəbulu başlayır

Cəmiyyət Materials 27 Aprel 2006 16:19 (UTC +04:00)

Mayın 1-dən Azərbaycan Respublikası Vəkillər Kollegiyası vəkil olmaq istəyənlərdən sənəd qəbuluna başlayır. Bu barədə Trend ə VK-nin sədr müavini Fərhad Nəcəfov məlumat verib.

"Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunun tələbinə uyğun olaraq bu quruma üzv qəbul olunmaq istəyən şəxslər test imtahanına və şifahi müsabiqəyə cəlb olunacaqlar. Namizədlər qanunvericilikdə müəyyən olunmuş tələblərə cavab verən şəxslər - Azərbaycan vətəndaşı, ali hüquqi təhsillilər olmalıdır.

Xarici ölkələrdə təhsil almış şəxslər VK-ya üzv olmaq üçün onların ali hüquq təhsili Azərbaycan ərazisində müvafiq qaydada tanınan sənədlə təsdiq edilməlidir.

Xəbər lenti

Xəbər lenti