Ankarada Keçiyerən meriyasının zalında Azərbaycanın tanınmış şairi və yazıçısı Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" əsərinin tamaşasının premyerası keçirilib.
Trend in Türkiyədəki xüsusi müxbirinin məlumatına görə, əsər qazax incəsənət alimi professor Rəhimbəy Türkistaninin rəhbərliyi ilə tamaşaya qoyulub.
Keçiyerən rayonunun meriyası Azərbaycanla əlaqələrin inkişafına böyük maraq göstərir. Qeyd edək ki, meriyanın göstərişi ilə rayonda Xocalı faciəsinin qurbanlarına abidə qoyulub.