...

"Atasport" otüstü xokkey üzrə Çempionlar Kubokunun bürünc medalı uğrunda mübarizə aparacaq

Cəmiyyət Materials 5 İyun 2006 16:36 (UTC +04:00)

"Atasport" qadınlardan ibarət otüstü xokkey klubu bu gunlərdə Almaniyada keçirilən Çempionlar Kubokunun bürünc mükafatı uğrunda mübarizə aparacaq.

Trend in xəbər verdiyi kimi, Qrodnonun "Ritm" (2:1), Şotlandiyanın "Boqarqas Qrouv" (2:0) klubları üzərində qələbə qazanan və İngiltərənin "Kentrberi" (0:3) komandasına məğlub olan Adil Paşayevin yetirmələri 6 xal toplayıb. Əvvəlcədən yarışın favoritləri hesab olunan britaniyalılar qrupda 1-ci yeri tutub və qızıl medal uğrunda mübarizə aparmaq şansı qazanıb. "Atasport" isə iyunun 5-də "bürünc" uğrunda mübarizədə Almaniyanın "Berliner" komandası ilə görüşəcək.

Xatırladaq ki, ötən il milli yığmanın əsasını təşkil edən azərbaycanlı xokkeyçilər Kubokun finadınadək gəlib çıxsa da, həlledici oyunda Hollandiya nümayəndələrinə məğlub olmuşdu.

Xəbər lenti

Xəbər lenti