...

Azərbaycanda Samaranın mədəniyyət günləri keçiriləcək

Cəmiyyət Materials 8 İyun 2006 20:15 (UTC +04:00)

İyunun 13-16-da Azərbaycanda Rusiyanın Samara vilayətinin mədəniyyət günləri keçiriləcək. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyindən Trend ə verilən məlumata əsasən, mədəniyyət günləri Azərbaycanda Rusiya ili çərçivəsində keçirilir.

Mədəniyyət günlərində iştirak etmək üçün Azərbaycana Samara vilayətinin mədəniyyət və gənclər siyasəti naziri Olqa Rıbakovanın rəhbərlik etdiyi nümayəndə heyəti səfər edəcək.

Tədbir çərçivəsində iyunun 14-də İçərişəhərdəki Bədii Sərgi salonunda Samara rəssamlarının işlərindən ibarət sərgi təşkil olunacaq. Bütün işlər Azərbaycan tərəfinə hədiyyə olunacaq.

Elə həmin gün Samaranın incəsənət ustaları Azərbaycan Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış edəcək. İyunun 15-də isə qonaqlar İsmayillı rayonuna yola düşəcək.

Xəbər lenti

Xəbər lenti