...

"Karvan" və "Qarabağ" UEFA Kubokunda mübarizəyə ilk raunddan başlayacaq

Cəmiyyət Materials 16 İyun 2006 16:07 (UTC +04:00)

"Karvan" və "Qarabağ" UEFA Kubokunun birinci mərhələdən mübarizəyə başlayacaq 32 iştirakçısı sırasına daxil olub.

Trend in xəbər verdiyi kimi, Avropa Futbol Birliyinin əmsalları cədvəlində yerli komandalar birinci dövrədən yarışa başlayacaq Farerin "Qotu" və "Skalu", Qazaxıstanın "Tobol" və "Kayrat", Andorranın "Reyncer" klublarını qabaqlayır.

Maraqlıdır ki, 2006-2007-ci illər UEFA Kubokunun pretendentləri arasında "Sevilya", "Tottenhem", "Roma", "Pari Sen-Jermen" və "Şalke-04" klubları da var. Birinci dövrə başa çatdıqdan sonra növbəti seçmə raundlarda daha 99 klub oynayacaq. Onlar arasında İntertoto Kubokunun 11 qalibi də olacaq. UEFA kubokunun finalı mayın 16-da Qlazqoda "Hempden Park" stadionunda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti