...

Azərbaycan ombudsmanı Fransaya səfər edəcək

Cəmiyyət Materials 28 İyun 2006 16:44 (UTC +04:00)

Azərbaycanın insan haqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova iyulun 10-13-də Fransaya səfər edəcək və İnsan haqları üzrə II Ümumdünya Forumunda iştirak edəcək. Bu barədə Trend ə Azərbaycanın ombudsman aparatından xəbər veriblər.

Nant şəhərində keçiriləcək forumda beynəlxalq və dövlət strukturlarının insan haqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən nümayəndələri iştirak edəcək. Forumun məqsədi insan haqları müdafiəsinin həmrəyliyinin beynəlxalq şəbəkəsinin yaradılmasıdır. 3 gün ərzində forum iştirakçıları "Bərabərsizlik və müxtəliflik", "İqtisadi qloballaşma və insan haqları", "Qayğıdan məhrum olunmuş uşaqlar", "Yoxsulluqla mübarizə və insan haqları" və s. mövzuları müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti