Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ölkənin ali məktəblərində magistraturalara sənəd qəbulunun başlanması barədə elan edib. Bu barədə Trend ə TQDK-dan məlumat verilib.
Magistraturaya daxil olmaq istəyən bakalavrlar sənədlərini iyulun 7-dən 14-dək verə bilər. Magistraturalara qəbul, qəbulun aparıldığı ixtisaslar, plan üzrə yerlər haqqında məlumatlar bu yaxınlarda (5 iyul) "Abituriyent" jurnalının "Magistr №2" xüsusi buraxılışında dərc olunacaq.