...

Azərbaycanlı karateçilər Dünya Kubokunda çıxış edəcək

Cəmiyyət Materials 30 İyun 2006 16:25 (UTC +04:00)

Azərbaycanın karate yığması iyulun 1-də İsveçdə başlayacaq Dünya Kubokunda iştirak edəcək.

WKF (World Karate Federation) üzrə Milli Federasiyanın prezidenti Yaşar Bəşirovun Trend ə verdiyi məlumata görə, yarış bir neçə yaş kateqoriyasında keçiriləcək. Məşqçi qərargahı qitə çempionatının mükafatçıları Rafael Ağayev (70 kq), Qurban Tağıyev, Rəşad Hüseynov (hər ikisi 65 kq) və Mədət Rüstəmov (60 kq) kimi liderlərə ümid bəsləyir.

Y.Bəşirovun sözlərinə görə, ötən ilki Dünya Kubokunda idmançılarımızın müxtəlif yaş kateqoriyalarında 15 medal qazandığını nəzərə alaraq kollektivin uğurlu çıxışa ümid etməyə haqqı var.

Kürsüdə yer uğrunda mübarizədə karateçilərimizin rəqibləri Yaponiya, Fransa, İspaniya və digər ölkələrdən idmançılar olacaq.

Xəbər lenti

Xəbər lenti