...

Hacı Məmmədovun məhkəməsinə hazırlıq iclasında prokuror məhkəmədən vəkillərin qaldırdığı vəsatətlərin təmin olunmamasını xahiş edib

Cəmiyyət Materials 5 İyul 2006 18:02 (UTC +04:00)

İyulun 5-də DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun və onun başçılıq etdiyi dəstənin işi üzrə məhkəməyə hazırlıq iclasında dövlət ittihamçısı Abdulla Yusifov məhkəmədən vəkillərin qaldırdıqları vəsatətlərin təmin olunmamasını xahiş edib. Trend xəbər verir ki, məhkəməyə hazırlıq iclası Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Həmin vəsatətlər DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi, hazırda təqsirləndirilənlər arasında olan Zakir Nəsirovun vəkili Adil İsmayılov tərəfindən qaldırılmışdı. Vəsatətlər baş prokuror Zakir Qaralovun və BŞBPİ rəisi Məhərrəm Əliyevin məhkəmənin gedişatında prosesə çağırılaraq şahid qismində dindirilməsi ilə əlaqədar olub.

Lakin dövlət ittihamçısı hesab edib ki, Z.Qaralovun məhkəməyə çağırılmasına ehtiyac yoxdur. Məhərrəm Əliyevin isə şahid qismində çağırılıb dindirilməsi məhkəmə prosesinin gedişatı zamanı təqsirləndirilən şəxslərin verəcəkləri ifadələrdən asılı olacaq.

Hazırlıq iclası iyulun 6-da davam etdiriləcək və məhkəmə baxışının tarixi, o cümlədən məhkəmə baxışınınn açıq, yaxud qapalı keçirilməsi ilə əlaqədar qərar elan olunacaq.

Xəbər lenti

Xəbər lenti